Dövlət Departamenti Vaşinqtondakı qəzada üç rusiyalının öldüyünü təsdiqlədi

01.02.2025

Teleqraf.com saytına istinadən Icma.az xəbər verir.

ABŞ Dövlət Departamenti Vaşinqtondakı qəzada üç rusiyalının həlak olduğunu təsdiqlədi.

Teleqraf.com xəbər verir ki, Dövlət Departamenti onların adlarını açıqlayıb.

Bunlar Yevgeniya Şişkova, Vadim Naumov və İnna Volyanskidir. Onlar ABŞ-da yaşayıb-işləyir, hər üçü fiqurlu konkisürmə ilə məşğul olurdular.

Şişkova və Naumov hətta Rusiya yığmasının tərkibində çempionluğa ucalıblar.

İdmançıların hər üçü ABŞ-da məşqçi kimi çalışırmışlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью