Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Donald Trampın başçılıq etdiyi mövcud ABŞ administrasiyası Dövlət Departamentinin hərtərəfli yenidən təşkilinə başlayır".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Marko Rubio deyib.
M.Rubionun yazılı açıqlamasında deyilir:
"Şaxələnmiş bürokratiya Amerikanın əsas milli maraqlarını irəilətməkdən daha çox radikal siyasi ideologiyaya tabe olan sistem yaradıb.
Ona görə də, bu gün mən Dövlət Departamentini XXI əsrə gətirəcək hərtərəfli yenidən təşkil edilmə planını təqdim edirəm".