Dövlət Departamentindən metal sazişi açıqlaması

08.05.2025

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Dövlət Departamentinin sözçüsü Tammi Bryus bildirib ki, Birləşmiş Ştatlar Kiyevlə bağlanmış resurs sazişini Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlardan ayrı  nəzərdən keçirir. 

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir. 

Onun sözlərinə görə, nadir torpaq metalları üzrə razılaşma atəşkəs və Rusiya-Ukrayna münaqişəsinə son qoyulması üzrə danışıqlarla bağlı deyil.

Brüs vurğulayıb ki, Vaşinqton və Kiyev arasında razılaşmalar münaqişə bitdikdən sonra Ukraynanın bərpası üçün pul axınını təmin etmək üçün lazımdır.

Xatırladaq ki, mayın 8-də Ali Rada əvvəllər ABŞ və Ukraynanın imzaladığı faydalı qazıntı sazişini ratifikasiya edib. 

Turan İSMAYIL

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью