Dövlət Departamentinin Avropaya maraqlı təklifi var

13.11.2025

Icma.az, Reyting.az portalına istinadən məlumat verir.


Vaşinqton Avropanı Rusiyanın “kölgə donanması” ilə mübarizə aparmağa çağırıb.
Reyting.az
xarici KİV-ə istinadla xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio brifinqdə deyib.
Onun sözlərinə görə, Avropa ölkələri Rusiyanın “kölgə donanması” ilə mübarizə aparmalıdır.
Diplomat qeyd edib ki, “kölgə donanması” Rusiyaya qarşı sanksiyalara görə yaranıb.
“Avropalıların “kölgə donanması” ilə edə biləcəyi işlər var, çünki bunların çoxu onlara daha yaxında baş verir”, - Rubio əlavə edib.
E. KAMAL

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью