Dövlət Ehtiyatlar Agentliyi kreditorlarına müraciət edib

27.11.2026

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Dövlət Ehtiyatlar Agentliyi təşkilati-hüquqi formasının publik hüquqi şəxsdən mərkəzi icra hakimiyyəti qurumuna dəyişdirilməsi ilə əlaqədar kreditorlarına müraciət edib.

"Cebheinfo.az" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini əsaslandırıcı sənədlərlə birlikdə yazılı şəkildə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 152 ünvanına bildirə bilərlər.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью