Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Şəmkirin Çinarlı, Yeni həyat və Əliyaqublu kənd sakinləri Şəmkir Quşçuluq Fabrikindən narazıdırlar.
Bununla bağlı saytımıza Şəmkir sakini Tural Zeynalov müraciət edib.
Şəmkir sakini bildirib ki, quşçuluq fabrikindən çıxarılan peyin Elxan adlı şəxs tərəfindən əkin sahələrində toplanır: “Elxan adlı şəxs quşçuluq fabrikini arendaya verib və arendaya verəndə də müvafiq sənəd imzalayıb ki, peyini ətraf mühitə zərər vermədən daşınacaq.
Bu məsələdən iki kəndin, bir qəsəbənin sakinləri narahatdır. Güya anbar kimi yaradılıb. Sonradan həmin peyin müxtəlif ərazilərə yayılır.
İydən,qoxudan nəfəs ala bilmirik. Dəfələrlə 168 qaynar xəttinə müraciət etmişik, gəlib baxıb gediblər.
Elxan da hökümətin adından istifadə edir. Deyir “mən hökümətin adamıyam, nə istəsəm edərəm”. Deyir evlərinizi sökdürəcəyəm.
O kimdir ki, bizim evimizi sökdürsün?””. Məsələ ilə bağlı sakinlər fabrikin qarşısında aksiya keçiriblər.