Dövlət əmlakı olan 18 nəqliyyat vasitəsi hərracda satılıb

06.05.2025

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 6 may, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 18 nəqliyyat vasitəsi satılıb.

AZƏRTAC Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 103 sifariş qəbul edilib. Bunlardan 33-ü onlayn qaydada həyata keçirilib.

Rəqabətli keçən hərracda start qiyməti 4 500 manat olan “Nissan Maxima” markalı avtomobil 8 200 manata, 7 800 manat olan lot üzrə 2 nəqliyyat vasitəsi 13 min 300 manata satılıb.

Cari ay ərzində növbəti hərraclar mayın 13, 20 və 27-də keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью