Dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar açıqlanıb

06.10.2025

Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) xətti ilə dövlət əmlakının icarəsindən dövlət büdcəsinə daxilolmalar 34,5 milyon manat təşkil edib.

Metbuat.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,9 % çoxdur.

İcarə daxilolmaları proqnozdan 31,2 % çox icra edilib.

Xatırladaq ki, bu il ƏMDX büdcəyə 46 milyon manat vəsait köçürməlidir. Beləliklə, 9 ay ərzində həmin məbləğin 75 %-i təmin olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью