Dövlət Gömrük Komitəsi Azərbaycan Gürcüstan sərhədində yaranmış sıxlıqla bağlı son vəziyyəti açıqladı

26.08.2026

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Azərbaycan-Gürcüstan sərhədində həyata keçirilən qarşılıqlı tədbirlər nəticəsində hər iki istiqamət üzrə nəqliyyat vasitələrinin sıxlığı aradan qalxıb, növbələr minimuma enib.

"AzPolitika" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, hazırda Azərbaycandan çıxış istiqamətində "Qırmızı Körpü" dövlət sərhədindən buraxılış məntəqəsində 330, "Mazımqara" dövlət sərhədindən buraxılış məntəqəsində isə 56 nəqliyyat vasitəsi növbə gözləyir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью