Dövlət Gömrük Komitəsi büdcə planına tam əməl edə bilməyib

02.09.2025

Icma.az xəbər verir, Marja.az saytına əsaslanaraq.

2025-ci ilin yanvar-avqust ayları ərzində Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 4 milyard 160,6 milyon manat təşkil edib.  

Marja.az xəbər verir ki, bu, proqnozdan 1,9 faiz azdır. 

Qeyd edək ki, 2025-ci ilin dövlət büdcəsinə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 6 milyard 600 milyon manat nəzərdə tutulur ki, bu da 2024-cü ilin proqnozu ilə müqayisədə 165 milyon manat və ya 2,6 faiz, 2023-cü ilin faktı ilə müqayisədə 262,2 milyon manat və ya 4,1 faiz çoxdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью