Dövlət Gömrük Komitəsi büdcə tapşırığına tam əməl edə bilmir

13.11.2025

Marja.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu ilin yanvar-oktyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 5 milyard 255,7 milyon manat təşkil edib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 % azdır.

Gömrük daxilolmaları proqnozdan 3,2 % az icra edilib.

"Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 5 milyard 255,7 milyon manat təşkil edərək proqnoza qarşı 96,8 faiz icra olunub", - Maliyyə Nazirliyi bildirirb.

Xatırladaq ki, bu il DGK büdcəyə 6,6 milyard manat vəsait köçürməlidir. Beləliklə, 10 ay ərzində həmin məbləğin 79,6 %-i təmin olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью