Icma.az bildirir, Teleqraf.com portalına istinadən. Dövlət Gömrük Komitəsinin (DGK) 2024-cü il ərzindəki fəaliyyətinin yekunlarına həsr olun
Teleqraf.com xəbər verir ki, bu barədə DGK-nin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsi məlumat yayıb.
İclasda çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov bildirib ki, ölkəmizdə həyata keçirilən davamlı inkişaf strategiyasına uyğun olaraq 2024-cü ildə bütün sahələrdə olduğu kimi gömrük sistemində də qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində zəruri addımlar atılıb.
Qeyd olunub ki, cari ildə də xidmət səviyyəsinin yüksəldilməsi, gömrük əməliyyatlarının sadələşdirilməsi, rəqəmsal həllərin genişləndirilməsi, əlçatanlığın, şəffaflığın təmin olunması istiqamətində gömrük orqanları qarşısında müəyyənləşdirilən tapşırıqların icrası davam etdiriləcək.
Sonra Kollegiyanın gündəliyindəki məsələlər müzakirə olunub.
"Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2024-cü il ərzində fəaliyyətinin nəticələri haqqında" məruzə ilə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru Bəhruz Quliyev çıxış edib.
Bildirilib ki, ticarətin asanlaşdırılması konsepsiyası çərçivəsində rəqəmsal gömrük xidmətinin innovativ həllər hesabına genişləndirilməsi, sahibkar, vətəndaş, işçi məmnunluğunun təmin olunması prioritet istiqamətlər kimi müəyyənləşdirilib.
2024-cü il gömrük xətti ilə büdcə daxilolmalarında Komitə tərəfindən dövlət büdcəsinə 6 milyard 648 milyon 703 min manat vəsaitin köçürülməsi təmin edilib ki, bu da illik proqnoza nisbətdə 213 milyon 700 min manat və ya 3,3% çoxdur.