Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Son günlər Dövlət Gömrük Komitəsinin (DGK) bəzi əməkdaşlarının maaşlarının gecikməsi ilə bağlı məsələlər müzakirə mövzusudur
Oxu.Az xəbər verir ki, gömrük əməkdaşları üç aydır maaşlarını ala bilmədikləri üçün narazılıqlarını ifadə etmişdilər.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən DGK-nin mətbuat xidmətinin rəhbəri Natiq Axundov artıq problemin həll olunduğunu bildirib.
O qeyd edib ki, artıq narahatlığa bir əsas yoxdur. "Həmin işçilərin hər birinin maaşı artıq verilib", - deyə N.Axundov bildirib.
Xatırladaq ki, DGK sədri Şahin Bağırov da bu məsələyə münasibət bildirmiş və problemin bəzi texniki məsələlərlə bağlı olduğunu bildirmişdi.
Əzizə İsmayılova