Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsində hesabat iclası keçirilib

23.01.2026

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

22 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib. İclasda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim Ceyhun Məmmədov, rəis müavinləri - t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Şahlar Mirqasım, Mərkəzi Gömrük Hospitalının rəisi - Baş həkim, t.e.d. Bəxtiyar Musayev, rəis müavinləri Nabil Seyidov, Nahidə Mahmudova, Fərid Əbilov, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin rəisi, t.e.d, ürək-damar cərrahı Rəşad Mahmudov, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının əməkdaşları iştirak ediblər.
Hesabat iclasında Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov tədbir iştirakçılarını salamlayaraq, 2025-ci il ərzində Tibbi Xidmət İdarəsi və tabeli qurumlar tərəfindən həyata keçirilmiş genişmiqyaslı fəaliyyətlərə nəzər salıb, əldə olunan mühüm nailiyyətləri diqqətə çatdırıb, eyni zamanda qarşıda duran prioritet vəzifələri vurğulayıb. İdarə rəisi Ceyhun Məmmədov bildirib ki, hesabat dövründə tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, müasir diaqnostika və müalicə üsullarının tətbiqi, kadr potensialının gücləndirilməsi, eləcə də elmi və tədris fəaliyyətinin genişləndirilməsi, gömrük-buraxılış məntəqələrində sanitar-epidemioloji təhlükəsizliyin təmin edilməsi, profilaktik tədbirlərin gücləndirilməsi və beynəlxalq standartlara uyğun nəzarət mexanizmlərinin tətbiqi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib.
Daha sonra Mərkəzi Gömrük Hospitalının rəisi-Baş həkim, t.e.d. Bəxtiyar Musayev “Mərkəzi Gömrük Hospitalının 2025-ci il üzrə nailiyyətləri və gələcək inkişaf prioritetləri”, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov “Elmi-təcrübi tədris fəaliyyəti: 2025-ci ilin yekunları və planlaşdırılan inkişaf istiqamətləri”, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Sanitar Karantin Xidmətinin rəisi, t.ü.f.d. Surxay Məmmədov “2025-ci ilin yekunları: gömrük-buraxılış məntəqələrində sanitar-karantin nəzarəti və növbəti hədəflər”, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Maliyyə şöbəsinin rəisi Arzu Həsənov “2025-ci ilin maliyyə yekunlarına dair icmal və gələcək strateji maliyyə planlanması”, Hüquq şöbəsinin rəisi Rəna Hüseynova “2025-ci il ərzində hüquqi müstəvidə həyata keçirilən fəaliyyətlər”, İnzibati İdarəetmənin təşkili şöbəsinin inspektoru Minarə Qafarova “2025-ci il ərzində insan resurslarının idarə edilməsi sahəsində əldə olunmuş nəticələr və qarşıya qoyulan yeni tapşırıqlar” mövzularında çıxış ediblər.
İclasın sonunda 2025-ci ilin yekunlarına dair geniş fikir mübadiləsi və müzakirələr həyata keçirilib, eləcə də səsləndirilən rəy və təkliflər dinlənilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью