Dövlət Gömrük Komitəsinin avtomobilləri ucuz qiymətə satışa çıxarılır Hərrac

16.07.2026

Icma.az bildirir, Banco.az saytına əsaslanaraq.

Müəllif: Gülnar Əhmədli, Banco.az

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 8 sentyabr 2026-cı il tarixində saat 10:00-da hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısını açıqlayıb.

Banco.az quruma istinadən xəbər verir ki, bu tarixdə Dövlət Gömrük Komitəsinin balansında olan 3 nəqliyyat vasitəsi də satışa çıxarılacaq.

Qeyd edək ki, avtomobillərin markaları Toyota Camry, Vaz 21214 və Hyundai Sonata-dır. Start qiymətləri isə müvafiq olaraq 7 200 manat, 2 600 manat və 5 000 manatdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью