Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları 4 % artıb

05.06.2025

Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu ilin yanvar-may aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 2 milyard 589,5 milyon manat təşkil edib.

Missiya.Az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 % çoxdur.

Gömrük daxilolmaları proqnozdan 0,1 % çox icra edilib.

Xatırladaq ki, bu il DGK büdcəyə 6,6 milyard manat vəsait köçürməlidir. Beləliklə, 5 ay ərzində həmin məbləğin 39,2 %-i təmin olunub.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью