Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları 4 % azalıb

13.11.2025

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Bu ilin yanvar-oktyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 5 milyard 255,7 milyon manat təşkil edib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 % azdır.

Gömrük daxilolmaları proqnozdan 3,2 % az icra edilib.

Xatırladaq ki, bu il DGK büdcəyə 6,6 milyard manat vəsait köçürməlidir. Beləliklə, 10 ay ərzində həmin məbləğin 79,6 %-i təmin olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью