Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.
Prezident İlham Əliyevin amnistiya təşəbbüsü Azərbaycan dövlətinin humanist və ədalətli siyasətinin açıq göstəricisidir. Bu qərar bir daha sübut edir ki, ölkədə insan amili hər zaman ön plandadır və dövlət vətəndaşının taleyinə biganə qalmır.
Amnistiya xüsusilə Vətən müharibəsində və 2023-cü ilin sentyabrında keçirilmiş antiterror əməliyyatlarında iştirak etmiş şəxslərə, şəhid ailələrinə və müharibədən zərər çəkmiş vətəndaşlara göstərilən diqqətin ifadəsidir. Bu, dövlət başçısının ölkənin müstəqilliyi və təhlükəsizliyi uğrunda xidmət edən insanlara verdiyi yüksək dəyəri nümayiş etdirir.
Bu təşəbbüs qadınlara, yaşlılara, yetkinlik yaşına çatmayanlara, eləcə də az ağır cinayətlər törətmiş şəxslərə qarşı mərhəmətli yanaşmanın nümunəsidir. Onların cəzalarının yüngülləşdirilməsi yenidən cəmiyyətə qayıtmaları üçün imkan yaradır.
Amnistiya minlərlə ailəyə ümid verir, cəmiyyətdə sosial sabitliyi gücləndirir və dövlətlə vətəndaş arasında etimadı daha da möhkəmləndirir.
Nəticə olaraq demək olar ki, Prezident İlham Əliyevin bu təşəbbüsü güclü, məsuliyyətli və insan yönümlü dövlət idarəçiliyinin bariz nümunəsidir və cəmiyyət tərəfindən yüksək qiymətləndirilir.
Bu amnistiyaya görə biz də Dövlət Başçımıza öz minnətdarlığımızı bildiririk!
Ülviyyə Həmzəyeva, Milli Məclisin deputatı