Icma.az, Yenisabah saytına istinadən bildirir.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin bu gün (30 iyun) təşkil etdiyi növbəti hərrac uğurla başa çatıb. Özəlləşdirmə prosesi çərçivəsində keçirilən budəfəki sessiyada 28 nəqliyyat vasitəsinin satışı reallaşıb.
“Yeni Sabah” İqtisadiyyat Nazirliyinə istinadən bildirir ki, uğurla satılan dövlət əmlaklarının tam siyahısı və yekun qiymətləri ilə tanış olmaq istəyənlər Dövlət Xidmətinin rəsmi internet portalına daxil ola bilərlər.
Qurumdan verilən məlumata görə, iyul ayında da dövlət əmlaklarının özəlləşdirilməsi aktiv şəkildə davam etdiriləcək. Qarşıdakı ay ərzində ümumilikdə 4 hərracın keçirilməsi planlaşdırılır: pizza sifarişi
Hərrac tarixləri: 7, 14, 21 və 28 iyul
Satışa çıxarılan əmlak sayı: 147 nəqliyyat vasitəsi və müxtəlif avadanlıqlar
Avtomobillərin istehsal ili: 1985-ci ildən 2021-ci ilə qədər olan geniş model sırası
Qeyd edək ki, Növbəti aylarda keçiriləcək hərraclarda iştirak etmək və sifariş vermək qaydaları dəyişməz olaraq qalır.
Cəlalə Cəlalqızı