GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ-ın bir sıra şəhərlərində baş verən iğtişaşlar ölkənin bütövlükdə dağılmasının əlaməti ola bilər.
Globalinfo.az xəbər verir ki, bu fikiri tanınmış jurnalist Taker Karlson səsləndirib.
Onun sözlərinə görə, hazırda ABŞ-da sosial nizamın ciddi şəkildə sarsılması müşahidə olunur.
“Biz hökumətin sosial strukturunun və bəlkə də bütün ölkənin dağılmasını izləyirik”, – deyə Karlson vurğulayıb.
Jurnalist hesab edir ki, artan qarşıdurmalar, etiraz aksiyaları və təhlükəsizlik problemləri dövlət institutlarının zəiflədiyini göstərir və bu proses uzunmüddətli siyasi böhrana gətirib çıxara bilər.
Karlsonun bu açıqlaması ABŞ-da daxili sabitliklə bağlı narahatlıqların artdığı bir dövrdə səslənib.
Əliyar Xəlil