Icma.az bildirir, Sia Az portalına istinadən.
...Rusiyada, Sibir Federal Dairəsinin ikinci ən böyük iqtisadiyyatı olan İrkutsk vilayətində kəskin büdcə kəsiri fonunda büdcə sektorunda işçilərin ixtisarı başlayıb. Nijneilimski bələdiyyə dairəsinin rəhbəri Pavel Berezovskinin sözlərinə görə, işdən çıxarılmalar “administrasiyadan başlayıb”, burada ilin sonuna qədər işçilərin 37 faizi işdən çıxarılacaq.
...Büdcədə böyük problemlər var, biz xərclərimizi azaldırıq. Vəziyyət pisləşir: indi o yerə çatmışıq ki, gələn ilin büdcəsini planlaşdırarkən biz idarə və büdcə qurumlarının işçilərini ixtisar etməyə məcburuq. Bu, təkcə bizim rayonun problemi deyil, həm regionun, həm də Rusiya Federasiyasının digər subyektlərinin problemidir.
SİA-nın əldə etdiyi məlumata görə, bunu rusiyalı rəsmi bildirib.
...Berezovski izah edib ki, ilk növbədə məktəblərdə, uşaq bağçalarında və mədəniyyət evlərində gecə gözətçiləri, həmçinin şəhər infrastrukturuna xidmət göstərən “Xidmət mərkəzi” və “Təmiz şəhər” müəssisələrinin işçiləri işdən çıxarılacaq.
Çun rayonundakı sosial müəssisələrin texniki işçiləri də işdən çıxarılacaq. Bu təşkilatların hər birində “dörd gözətçi və dörd soba” ixtisar olunacaq, -deyə rayon rəhbəri Nikolay Xrıçov bildirib.
...İnsanlar çox təəssüflənir. Amma əks halda bizdə hətta həmin obyekt üçün də işıq pulu olmayacaq, - deyə “Sibir Ekspress” rəsmidən sitat gətirir.
Ötən həftə qanunverici məclisə təqdim edilmiş İrkutsk vilayətinin 2026-cı il büdcəsinin yenilənmiş layihəsinə əsasən, regional xəzinədəki “dəlik” 38,7 milyard rubla qədər artıb ki, bu da xərclərin 11,8 faizini təşkil edir (düzəlişlər edilməzdən əvvəl bu rəqəm 8,3 faiz təşkil edirdi).
Eyni zamanda, rəsmi məlumatlara görə, İrkutsk vilayəti Sibir Federal Dairəsində daxili regional məhsulun (ÜDM) həcminə görə ikinci bölgədir,.. yalnız Krasnoyarsk diyarından geri qalır.
Ötən ilin yekunlarına görə ümumi kəsiri rekord 1,5 trilyon rubla çatan regionların büdcələri ilə bağlı problemlər fonunda hakimiyyət orqanları ilin sonunda dövlət işçilərinin işdən çıxarılması dalğasını həyata keçirib.
Federal Dövlət Statistika Xidmətinin məlumatına görə, IV rübdə 4,9 min dövlət idarəçiliyi işçisi, 4,6 min nəfər səhiyyə və sosial xidmətlər sistemində və 3,8 min müəllim işini itirib.
2026-cı ilin birinci yarısında büdcə sektorunda daha bir ixtisar dalğası baş verib.
...“Medvestnik” Rosstatın məlumatlarına istinadən xəbər verir ki, altı ay ərzində 4,3 min səhiyyə işçisi işdən çıxarılıb.
Daha 161,3 min nəfər “öz istəyi ilə” istefa ərizəsi yazıb. Ümumilikdə 185,3 min nəfər tibb təşkilatları və sosial müəssisələrdən işdən çıxmış, 165,9 min nəfər isə işə qəbul edilmişdir.
Əli Babayev