Dövlət işində çalışanların sayı AZALIB

06.02.2025

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

2025-ci il yanvarın 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən 1778,5 min nəfər olub, onlardan 882,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 895,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Bu barədə Modern.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edək ki, 2024-cü ilin yanvar ayının 1-i ilə müqayisədə ölkədə dövlət sektorunda çalışanların sayı 16.3 min azalıb, özəl sektorda çalışanların sayı isə 53 min nəfər artıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью