Dövlət istiqrazlarının orta ödəmə müddəti artıb

28.10.2026

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda dövriyyədə olan dövlət istiqrazlarının orta ödəmə müddəti 2026-cı ilin ilk 9 ayı ərzində artıb.

Gununesi.info Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 1-nə dövlət istiqrazlarının orta ödəmə müddəti 3,64 il təşkil edib.
2025-ci ilin sonunda bu göstərici 3,30 il olub.

Beləliklə, dövlət istiqrazlarının orta ödəmə müddəti ilin əvvəlindən 0,34 il artıb.

Hesabata əsasən, dövriyyədə olan 7 milyard 766,2 milyon manatlıq dövlət qiymətli kağızlarının 56%-i 5 ilədək, 44%-i isə 5 il və daha artıq müddətli qiymətli kağızların payına düşüb.

Nazirlik orta ödəmə müddətinin artmasını cari ilin ilk üç ayında qısamüddətli dövlət istiqrazlarının dövriyyə müddətinin başa çatması ilə əlaqələndirib.

Gununesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью