Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

20.10.2026

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


Oktyabrın 20-də “Bakı Fond Birjası” QSC-də Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201240089 ISIN kodlu, tədavül müddəti 1080 gün olan dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Newscenter.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, AZ0201240089 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 222,9 milyon manat təşkil edib.
Maliyyə Nazirliyi tərəfindən 53,0 milyon manat məbləğində dövlət istiqrazlarının rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 99.3577 (7.2420%) və kəsmə qiyməti 99.3366 (7.2500%) səviyyəsində müəyyən edilib.
İstiqrazların ödəmə müddəti 20 oktyabr 2029-cu ildir.
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью