Dövlət katibi: Avropa İttifaqı ilə Rusiyaya qarşı sanksiyalar və 300 milyardlıq aktivlərlə bağlı müzakir aparacağıq

12.03.2025

Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.

"Biz Ukrayna rəsmiləri ilə Səudiyyə Ərəbistanında Kiyevlə Moskva arasında ərazi güzəştləri barədə müzakirə aparmışıq"

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Marko Rubio deyib.

O, rəsmi Vaçinqotonun danışıqlar prosesindən razı qaldığını qeyd edib: "İndi Rusiya ilə təmas halındayıq. Biz bu müharibənin həlli üçün hər şeyi etməyə hazırıq. Əgər Rusiya atəşkəsə razılıq versə, yerlərdə vəziyyətə nəzarət etmək üçün monitorinq qrupları da yaradılacaq. Biz bununla bağlı  Avropa İttifaqı ilə danışacağıq. Onlarla da Rusiyaya qarşı sanksiyalarla yanaşı, dondurulmuş 300 milyardlıq aktivlərlə bağlı məsələlər müzakirə ediləcək".

Lamiyə Əhmədli

MİA.AZ

 
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью