Dövlət katibi Rubio

22.07.2026

Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.

ABŞ dövlət katibi Marko Rubio bəyan edib ki, İran hazırda ABŞ ilə aparılan danışıqlara ciddi yanaşmır.

Azpost.info bildirir ki, bu barədə xarici KİV məlumat yayıb.

Marko Rubio bu fikirləri ASEAN (Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası) ölkələrinin xarici işlər nazirlərinin görüşü zamanı səsləndirib. “Problem ondadır ki, hazırda onlar danışıqlara ciddi yanaşmırlar. Əgər onlar ciddi niyyət nümayiş etdirsələr, biz də danışıqlara ciddi yanaşacağıq”, – deyə ABŞ dövlət katibi bildirib.

Rubio vurğulayıb ki, vəziyyət dəyişməyəcəyi təqdirdə, Birləşmiş Ştatlar həm öz maraqlarını, həm də müttəfiqlərinin təhlükəsizliyini qorumaq üçün zəruri hesab etdiyi bütün addımları atacaq.

Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ölkəsinin vasitəçilər vasitəsilə ABŞ ilə atəşkəs və gərginliyin azaldılması ilə bağlı təkliflər aldığını açıqlamışdı. ABŞ-ın Axios portalının məlumatına görə, təkliflər tərəflər arasında hərbi əməliyyatların 10 gün müddətinə dayandırılmasını nəzərdə tutur.

AzPost.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью