Dövlət Komissiyası Katibliyinin məlumatı

28.11.2025

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Noyabrın 28 -də Azərbaycan Respublikasının Qəbələ şəhərində Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 12-ci görüşü keçirilmişdir.

Məmnunluqla qeyd olunub ki, komissiyaların 12-ci görüşü tərəflərdən birinin ərazisində – Azərbaycanın Qəbələ şəhərində keçirilir.

Görüş zamanı tərəflər 16 yanvar 2025-ci il tarixində keçirilmiş 11-ci görüşün yekunları üzrə əldə olunmuş, delimitasiyası üzrə kompleks işlərin dövlət sərhədinin şimal sahəsindən başlayaraq Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycan Respublikasının və Ermənistan Respublikasının İran İslam Respublikası ilə sərhədinə qədər başlanması barədə, razılaşmanı qeyd etmişlər.

Tərəflər delimitasiya tədbirləri ilə bağlı təşkilati və texniki məsələlər üzrə ətraflı fikir mübadiləsi aparmışlar.

Həmçinin delimitasiya işlərinin həyata keçirilməsi qaydasına dair müvafiq təlimat layihələri müzakirə olunmuşdur.

Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının baş nazirinin müavini Mher Qriqoryan qarşılıqlı maraq doğuran məsələlər üzrə ayrıca fikir mübadiləsi aparmışlar.

Tərəflər növbəti görüşün tarixini iş qaydasında, Ermənistan Respublikasının şəhərlərindən birində, müəyyən etmək barədə razılığa gəlmişlər.

WhatsApp-da Səs Media Qrupu kanalını izləyin

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər xəbərlər

Siyasət

Ceyhun Bayramov İssara Sereevatthanavut ilə görüşüb

Siyasət

"İki palatalı parlament yaradılması mümkündür" - ŞƏRH

Siyasət

İrəvan-KTMT nikahı pozuldu - AKTUAL

Siyasət

"Azərbaycan qardaş ölkələrlə birlikdə olmağa hazırdır" - ŞƏRH EDİLDİ

Siyasət

Cinayət Məcəlləsində edilən dəyişikliklər təsdiqlənib

Siyasət

Növbəti populizm, və ya İSTERİKA RAUNDU – TƏHLİL

Siyasət

Azərbaycanda "Avtomobil nəqliyyatı haqqında" qanun dəyişib

Siyasət

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə avtomobil nəqliyyatı ilə bağlı yeni səlahiyyət verilib

Siyasət

"SSRİ dövründə mina zavodlarından biri də İrəvanda idi" - HƏRBİ EKSPERT

Siyasət

"Terror qlobal təhlükəyə çevrilib" - MÖVQE

Siyasət

Əli Əsədov iordaniyalı nazirlə ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Siyasət

"“AZWOOL” zavodu sənayedə yeni mərhələ açır" - ŞƏRH EDİLDİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью