Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ölkə.az xəbər verir ki, paylaşımda IV Beynəlxalq Konfrans çərçivəsində xarici iştirakçılar və Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün təşkil edilən Qarabağa xüsusi tanışlıq səfərindən bəhs edilir.
Qeyd edək ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə keçirilən IV Beynəlxalq Konfrans "İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi" mövzusuna həsr olunub.
BAKI DİALOQU 2026 | BAKU DIALOGUE 2026 IV Beynəlxalq Konfrans çərçivəsində xarici iştirakçılar və Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün Qarabağa xüsusi tanışlıq səfəri təşkil edilmişdir. Səfər iştirakçılara itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi, onların axtarışı, insan qalıqlarının aşkar edilməsi və ekshumasiyası istiqamətində Azərbaycan tərəfindən həyata keçirilən tədbirlərlə bilavasitə tanış olmaq imkanı yaratmışdır. Səfər proqramı çərçivəsində iştirakçılar Xocalıda yerləşən muzeyi, Qarabağın tarixi və mədəniyyət abidələrini, görməli yerlərini ziyarət etmiş, bölgənin zəngin tarixi-mədəni irsi, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri ilə yaxından tanış olmuşlar. Qarabağa təşkil edilmiş tanışlıq səfərinin əsas məqamlarını əks etdirən videoçarx təqdim olunur. ▪️ As part of the 4th International Conference on Missing Persons, a special field visit to Karabakh was organized for international participants and representatives of the diplomatic corps accredited in Azerbaijan. The visit provided participants with an opportunity to gain first-hand insight into Azerbaijan’s ongoing efforts to clarify the fate of missing persons, including search operations, the recovery and exhumation of human remains. As part of the programme, participants visited the museum in Khojaly, historical and cultural monuments and landmarks across Karabakh, gaining a deeper understanding of the region’s rich historical and cultural heritage, as well as the large-scale reconstruction and development efforts underway in the liberated territories of Azerbaijan. Presented here is a video highlighting the key moments of the field visit to Karabakh. #BakuDialogue2026 #InternationalConference #MissingPersons #InternationalCooperation #Azerbaijan #Karabakh #Khojaly
— State Commission | Dövlət Komissiyası (@State_Commision) November 29, 2026