525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dövlət Komitəsi "Ailə institutu – 2040" layihəsi üzərində işləyir.
525.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri" mövzusunda keçirilən Ailə forumunda deyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Ailə Konsepsiyası layihəsi ailə siyasətinin gələcəyinə dair uzunmüddətli baxışın formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir:
"Gələcəyin Azərbaycan ailəsi haqqında düşünərkən demoqrafik prosesləri - o cümlədən 2050-ci ilə kimi ölkə əhalisinin 11,5 milyon nəfərə çatması proqnozlarını, nəsillərarası münasibətləri və texnoloji inkişafın təsirlərini vahid çərçivədə nəzərdən keçirməliyik".
B.Muradova qeyd edib ki, Azərbaycanın ailə siyasətinin ən qürurverici istiqaməti Vətən müharibəsindəki Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzura olan Böyük Qayıdışdır:
"Artıq 48 yaşayış məntəqəsində doğma ocaqlarına qayıdan ailələrimiz yeni həyata başlayıb. 2026-cı ilin sonunadək 140 min nəfərin azad olunmuş ərazilərdə məskunlaşması nəzərdə tutulur. İndi doğma torpağında həyatını yenidən quran hər bir ailə milli yaddaşın və mənəvi bağlılığın davamlılığına əvəzsiz töhfə verir".