Dövlət Komitəsi Aparatının sabiq rəhbəri vəfat etdi | Icma.az
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dövlət Statistika Komitəsi Aparatının sabiq rəhbəri Ziyad Abbasəliyev yanvarın 21-də vəfat edib.Bu barərə Modern.az-a mərhumun yaxınları məlumat veriblər.
Dəfin mərasimi 22 yanvar 2026-cı tarixində mərhumun altıncı mikrorayondakı evində olacaq.
Ziyad Məhəmmədəli oğlu Abbasəliyev 1950-ci il yanvarın 1-də Qərbi Azərbaycanın (Krasnoselo-Çənmərək) Ağbulaq kəndində anadan olub.
1967-ci ildə Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsinə qəbul olunub.
Daha sonra təhsilini Moskva Ali Həmkarlar İttifaqı Məktəbinin İqtisadiyyat fakültəsində davam etdirib.
Həmin məktəbi iqtisadçı ixtisasına yiyələnib.Ziyad Abbasəliyev 1973-cü ildə o vaxtkı Azərbaycan SSR Mərkəzi Statistika İdarəsində iqtisadçı kimi işə başlayıb, şöbə risi vəzifəsində işləyib.
1984-cü ildə Kadrlar və tədris mütəxəssisləri idarəsinin rəisi təyin edilib və 1996-cı ilədək həmin vəzifədə çalışıb.
Tam oxu
Xəbəri oxu