Dövlət Komitəsi çoxnikahlılıqla bağlı müzakirələrə münasibət bildirib | Icma.az
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Son dövrlər bəzi media platformalarında “bir nikah prinsipinin Azərbaycan reallığına cavab verib-vermədiyi” mövzusunda aparılan polemikalar ciddi narahatlıq doğurur.
APA xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib.
Bildirilib ki, bu cür yanaşmalar zahirən ictimai müzakirə təsiri bağışlasa da, mahiyyət etibarilə Azərbaycan Respublikasının ailə siyasətinin təməlini təşkil edən fundamental hüquqi prinsiplərin sorğulanmasına və dolayısı ilə çoxnikahlılığın normallaşdırılmasına yönəlmiş təhlükəli diskurs formalaşdırır: "Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qəti şəkildə bildirir ki, “bir nikah prinsipi” Azərbaycan Respublikasının ailə qanunvericiliyində təsbit edilmiş, dövlətin ailə siyasətinin əsas sütunlarından biri olan hüquqi normadır.
Bu normanın “ictimai reallıq” adı ilə şübhə altına alınması hüquqi dövlət anlayışı ilə ziddiyyət təşkil edir və ailə institutunun mahiyyətinin deformasiyasına xidmət edir.
"Media subyektləri nəzərə almalıdırlar ki, ailə institutu ictimai sabitlik, sosial ədalət və insan hüquqlarının qorunması baxımından strateji əhəmiyyət daşıyan dövlət siyasəti sahəsidir.
Yadda saxlamaq lazımdır ki, bir nikah prinsipinin sorğulanması qadın və uşaq hüquqlarının müdafiəsinə ciddi zərbə vurmaqla onların ailə münasibətlərindəki qanuni təminatlarını risk altına alır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi çoxnikahlılığın dolayısı ilə məqbul düşüncə kimi təqdim olunmasına şərait yaradan yanaşmaları yolverilməz hesab edir.
Tam oxu
Xəbəri oxu