Dövlət Komitəsi məktəblilər arasında esse müsabiqəsi elan edir

06.11.2026

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

8 Noyabr – Zəfər Günü münasibətilə ümumi təhsil müəssisələrinin şagirdləri arasında “Zəfər tariximiz, Qayıdış gələcəyimizdir” mövzusunda elektron esse müsabiqəsi keçirilir.

Gununsesi.info xəbər verir ki, müsabiqənin məqsədi tarixi Qələbəmizin və Böyük Qayıdışın keçmiş məcburi köçkün məktəblilərin düşüncəsində və baxışlarında necə əks olunduğunu işıqlandırmaqdır.

Müsabiqə şərtləri:

İştirakçılar: Müsabiqədə ümumi təhsil müəssisələrinin yalnız məcburi köçkün statusuna malik məktəbliləri sərbəst şəkildə iştirak edə bilərlər.
Dil: Azərbaycan dili.
Tələb olunan sənədlər: Esse mətninə iştirakçının ad, soyad, ata adı və FİN kodu əlavə olunmalıdır.
Təqdimetmə forması: Müsabiqə materialları yalnız elektron qaydada Komitənin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəsmi elektron poçt ünvanına (media@idp.gov.az) göndərilməlidir. Elektron məktubun mövzu (Subject) hissəsində mütləq “ESSE” sözü qeyd olunmalıdır.
Müsabiqə təqvimi və qiymətləndirmə:
Qəbul tarixləri: 6 noyabr – 16 noyabr 2026-cı il saat 23:59-dək.
Qiymətləndirmə: Daxil olan yazılar müstəqil ekspertlər tərəfindən qiymətləndiriləcəkdir.

Mükafatlandırma:

Qalib gələn şagirdlər məktəbli ehtiyaclarına uyğun dəyərli hədiyyələrlə mükafatlandırılacaqlar. Təltifetmə mərasimi Komitənin inzibati binasında təşkil olunacaq təntənəli tədbirdə keçiriləcəkdir.

Bütün məktəblilərimizə uğurlar arzulayırıq!
Əlavə məlumat üçün:
+994 55 800 28 80

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью