Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İşğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinə diqqəti artırmaq məqsədilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə birgə maarifləndirici videoçarx hazırlayıb.
Videoçarxda azad edilmiş ərazilərdə yaşayan uşaqların çərpələng uçurarkən xarabalıq bir ərazidə mina təhlükəsi ilə qarşılaşması təsvir edilir. Müvafiq nişan onları təhlükə olan yerə keçməkdən çəkindirir.
Layihənin əsas məqsədi sakinlərin, xüsusilə də uşaqların mina və partlamamış sursatlarla bağlı risklərdən xəbərdar olmasını təmin etmək, onlara təhlükəli ərazilərdən uzaq durmağın vacibliyini çatdırmaqdır.