Dövlət Komitəsi rəsmisindən XƏBƏRDARLIQ: Yetkinlik yaşına çatmayanları...

27.04.2025

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmisi yetkinlik yaşına çatmayanların fotolarının paylaşılması ilə bağlı məlumat yayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Komitənin rəsmisi Teymur Mərdanoğlu paylaşım edib.

"Əziz dostlar və media nümayəndələri, zəhmət olmasa yetkinlik yaşına çatmayanlarla bağlı xəbər və ya hər hansı bir məlumat paylaşanda əgər fotovə ya video verilirsə, mütləq onların üzünü bağlayın. Bir məlumata görə yeniyetmələrin həyatını təlükəyə atmayaq!",- informasiyada diqqətə çatdırılıb.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью