Dövlət Komitəsində 2 şöbədə dəyişiklik edildi

24.11.2026

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkə.az-ın əldə etdiyi xəbərə görə, komitənin sədri Azər Mursaqulov bununla bağlı müvafiq əmrlər imzalayıb.

Əmrlə, Sənaye və tikinti statistikası şöbəsinin adı dəyişdirilərək Sənaye, tikinti və energetika statistikası şöbəsi adlandırılıb.

Digər əmrlə, Dayanıqlı inkişaf statistikası şöbəsinin adı dəyişdirilərək Dayanıqlı inkişaf və ətraf mühit statistikası şöbəsi adlandırılıb.

Hər iki şöbənin rəhbərliyində dəyişiklik edilməyib.

Könül Vəliyeva
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью