Dövlət komitəsinin məxfi şöbəsinin müdiri işdən çıxarıldı

04.03.2026

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dövlət Statistika Komitəsinin (DSK) Rejim və məxfi kargüzarlıq şöbəsinin müdiri Sədi Məmmədov vəzifəsindən azad edilib.

Qaynarinfo İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı DSK sədri Azər Mursaqulov müvafiq əmr imzalayıb.

Məlumata görə, o, dövlət qulluğunda olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə yola salınıb. S.Məmmədov uzun illərdir DSK-da çalışırdı.

Hələlik sözügedən şöbəyə müdir vəzifəsinə təyinat yoxdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью