Dövlət Komitəsinin rəsmisi: Qanvermə aksiyasına ildən ilə qoşulanların sayı artır

17.04.2025

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 17 aprel, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin müvafiq qurumlarla əməkdaşlığı ilə təşkil etdiyi qanvermə aksiyasına dövlət qurumlarından 250-dək əməkdaşın qoşulmasını nəzərdə tutmuşuq. Artıq 5-ci ildir təşkil olunan aksiyanı gələn il digər regionlarda da keçirməyi planlaşdırırıq.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova jurnalistlərə açıqlamasında bildirib.

"Bu gün Ümumdünya Hemofiliya Günüdür. Bu aksiya insanlara bir mesajdır. İnsanlara mərhəmət, xüsusi qayğıya ehtiyacı olan uşaqlara həssas yanaşma olmalıdır. Fakt odur ki, ildən-ilə bu aksiyaya qoşulanların sayı artır. Keçən il Gəncədə keçirdik, gələn il digər regionlarda keçirməyi nəzərdə tutmuşuq. Layihəyə daha çox böyük şirkətləri qoşmaq istəyirik, bu işdə bizə səyyar Qan bankı dəstək olacaq", - deyə o qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью