Dövlət Komitəsinin sədri Bahar Muradova Şamaxıda vətəndaşlarla görüşəcək

11.09.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 11 sentyabr, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova sentyabrın 12-də, saat 11:00-da YAP Şamaxı rayon təşkilatının inzibati binasında vətəndaşlarla görüşəcək.

Komitədən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı Şamaxı və Qobustan rayon sakinlərinin müraciətlərinə baxılacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью