Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov yanvarın 26-da Qobustan, Şamaxı, İsmayıllı və Ağsu rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbul saat 11:00-da Qobustan şəhəri, Heydər Əliyev prospekti, 1 nömrəli ünvanda keçiriləcək.
Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Dağlıq Şirvan regional bölməsinə (əlaqə vasitələri: (020) 265 33 04, (055) 655 57 65, [email protected], [email protected]) müraciət etmələri xahiş olunur.
XQ