Dövlət Komitəsinin vəzifəli şəxsi işdən çıxdı

11.11.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Dövlət Komitəsinin vəzifəli şəxsi işdən çıxıb.

Bakıvaxtı.az yurd.media-ya istinadla xəbər verir ki, Dövlət Statistika Komitəsinin Dayanıqlı inkişaf statistikası şöbəsinin müdir müavini Famil Nəcəfzadə vəzifəsindən ayrılıb.

O, 2023-2026-cı illərdə bu vəzifədə çalışıb. Eyni zamanda Statistik məlumatların kompleks təhlili sektorunun müdiri vəzifəsində işləyib.

Famil Nəcəfzadə 2022-ci ilin iyunundan 2023-cü ilin sentyabrınadək Bakı şəhər Statistika İdarəsinin rəis müavini, 2019-cu ilin oktyabrundan 2022-ci ilin iyununadək Həyat keyfiyyəti statistikası sektorunun müdiri, 2018-ci ilin iyunundan 2019-cu ilin oktyabrınadək isə həmin idarədə məsləhətçi olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью