Icma.az bildirir, Newscenter.az portalına istinadən. Duyğularında və fikirlərində montaj edənlər indidə dövləti şantaj edirlər.
Öz şəxsi hiss və arzularını süni şəkildə montaj edib reallıqları təhrif edən siyasətçilər bu gün dövlətə böhtan atır, onu şantaj edirlər.
Dövlətin uğurlarını, siyasətini və imicini emosional şantajla zədələməyə çalışanların hamısı cəzasını alacaq.Ramiz Mehdiyev və onun kimiləri manipulyatorluq edib süni qəhrəmanlara çevrilməklə deyil, dövlətin müvafiq qurumları bu ölkədə kimin kim olduğunu, nə istədiklərini çox yaxşı bilir və dəqiq analiz edirlər.
Bu gün dövlətimizi qorumağı, ərazi bütövlüyümüzü bərpa etməyi, xalqın dəyərlərini yaşatmağı bacaranlar dövləti idarə etməlidirlər.Siyasi və milli kimliyimizi müdrikcəsinə inkişaf etdirənlər bu dövlətin idarəçiləri olmalıdır.
Xəyallarla yaşayan, özlərini kiçildib aciz vəziyyətə salan insanlar dövləti qoruya bilməzlər.Fransa ilə münasibətlər gərginləşəndə, həmin dövrün səbəblərini xatırlayaq: o zaman Fransa açıq şəkildə Ermənistana dəstək verir, bunun üçün əlindən gələni edirdi.
Lakin möhtərəm Prezident həmin vəziyyətdə siyasi reallıqlara uyğun, qəti və ağıllı diplomatiyası ilə yerində cavab verdi.
O vaxt bəzi siyasətşünaslar “Fransa kimi bir ölkə ilə bu münasibətləri davam etdirmək kimə lazımdır?" deyə sual verirdilər.Makaron öz səhvlərini və yanlış siyasi kursunu, həmçinin avara diplomatiyasını dərk etdikdən sonra münasibətlərdə müəyyən yumşalma yarandı.
Lakin bunu da manipulyasiya edib fərqli don geyindirməyə çalışanlar bilməlidirlər ki, şantajçı və populist düşüncə tərzi ilə dünyada baş verən proseslərə adekvat cavab vermək mümkün deyil.