Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi işdən çıxıb

03.04.2025

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Maliyyə Nazirliyi yanında Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Elman Piriyev işdən çıxıb. Bu barədə SİA-ya nazirlikdən bildirilib.

Məlumata görə, o, öz istəyi ilə vəzifəsini tərk edib və yerinə hələ ki, təyinat olmayıb.

Bundan başqa, nazirlik yanında Dövlət Xəzinədarlıq Agentliyinin 1 saylı Xəzinədarlıq İdarəsinin rəisi Nadir Qarayev də öz arzusu ilə vəzifəsindən ayrılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью