Dövlət Məşğulluq Agentliyi əlilliyi olan 1500 nəfəri işlə təmin edib

29.05.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 29 may, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu il əlilliyi olan daha 1500 nəfəri münasib iş yerləri ilə təmin edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əlilliyi olan şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması məqsədilə onlar üçün peşə hazırlığı kursları da təşkil olunur.

Bu il Agentlik əlilliyi olan 131 şəxsi peşə kurslarına cəlb edib. Kursları uğurla başa vuranların işlə təminatına da dəstək göstərilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью