Dövlət Məşğulluq Agentliyi fəaliyyət göstəricilərini açıqladı

15.06.2026

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu ilin ilk beş ayında Dövlət Məşğulluq Agentliyi tərəfindən 170 mindən çox vətəndaş aktiv məşğulluq proqramlarına cəlb olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, yanvar-may aylarında 65 min nəfər uyğun işlə təmin edilib. Həmçinin 322 nəfər öz biznesini qurması üçün özünüməşğulluq proqramına qoşulub.

Bundan başqa, 7,3 min nəfər peşə hazırlığı kurslarında iştirak edib, 97,5 min şəxsə isə peşəyönümü xidmətləri göstərilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью