Dövlət müəssisələri ilə bağlı mühüm qərar Yeni plan bəlli oldu

20.11.2026

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2027-ci ildə 52 dövlət müəssisəsinin dövlət büdcəsinə ümumilikdə 918 milyon manat dividend ödəməsi proqnozlaşdırılır.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2027-ci il üzrə proqnozlaşdırılan büdcə gəlirlərinə dair məlumatında bildirilib.

Proqnoza əsasən, nəzərdə tutulan 918 milyon manatlıq daxilolmanın 872 milyon manatı xalis dividend, 46 milyon manatı isə dividend vergisi hesabına formalaşacaq. Elektronika məhsulları

Beləliklə, gələn il dövlət müəssisələrindən büdcəyə əhəmiyyətli həcmdə vəsait daxil olması gözlənilir.

Aytac Əliyeva


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью