Dövlət müəssisəsinin əməkdaşı faciəli şəkildə öldü

17.02.2025

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Paytaxtın Sabunçu rayonu Ramana qəsəbəsində 50 yaşlı kişini elektrik cərəyanı vurub.

Oxu.Az xəbər verir ki, hadisə fevralın 16-sı Ramanada yerləşən Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində qeydə alınıb.

Mərkəzdə elektrik işləyən 1975-ci il təvəllüdlü Qabil Ənvər oğlu Əhmədovu elektrik cərəyanı vurub.

O, hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью