Dövlət nə dini, nə də hicabı qadağan edir

09.10.2026

Icma.az, Newscenter.az saytına istinadən bildirir.


Hicablı, ya hicabsız azərbaycanlı bu dövlətin vətəndaşıdır. Bunlar arasında ayrıseçkilik etmək, hansınınsa üstün olduğu qənaətini hasil etmək kimsənin həddinə deyil. Onların hər biri Azərbaycan dövlətinin qoruması altındadır və eyni hüquqdadır. Onların cəmiyyətdə qarşılıqlı münasibətləri də müzakirə predmeti deyil. Bu, birmənalı şəkildə belədir.
Son illər Azərbaycanda din anlayışının əksərən radikal şəkildə hallandığı, dini adət-ənənələri məzhəbinə fərq qoymadan özünün gündəlik həyat şəkli hesab edənlərin öz həyatını dinlə bağlamayanlara qarşı fərqli mövqeyi fonunda formalaşan münasibətlər məktəblərdə bu günkü hicab qadağası tətbiqini şərtləndirib.
Dəfələrlə yazmışdıq ki, İslam anlayışı ümumi müsəlman dünyasının vahid birliyi mənasına gəlir. İslam nə ərəb, nə fars, nə də digər ölkələrin yaşadığı din forması deyil. Azərbaycan da bundan kənar deyil. Amma, dövlət görəndə ki, din dövlət daxilində öz yerində yox, alət şəklində hallanmağa başlayır və bunun da artıq real tərəfdarları var, onda öz ağırlığını hiss etdirir. Bu, nə dinə, nə dindara, İslama qarşı heç atılmayan addımdır. Dövlət sadəcə öz qanununu hər kəsin yadına salır və tətbiq edir. Azərbaycan vətəndaşı da buna əməl etməyə borcludur. Məsələ bu qədər sadədir. Dövlət nə dini, nə hicabı qadağan edir. Hər kəs öz dinini başa düşdüyü şəkildə yaşamaqda sərbəstdir. Amma qanunlar çərçivəsində.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью