Dövlət Neft Fondu “AzəriÇıraqGünəşli” və “Şahdəniz” üzrə gəlirləri açıqlayıb

06.12.2024

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) cari ilin 11 ayı ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataq bloku üzrə gəlirləri 5 milyard 725,4 milyon dollar olub.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaydığı məlumata görə, qeyd olunan dövrdə “Şahdəniz” yatağından (qaz və kondensat) 416 milyon 174 dollar gəlir əldə olunub.

O cümlədən, “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlir 115,409 milyon dollar olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью