Marja.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Marja.az Dövlət Neft Fondu (ARDNF)yarandığı tarixdən 2025-ci ilin sonunadək ümumi büdcə gəlirləri təxminən 217,3 milyard ABŞ dolları təşkil edib.
Marja.az Fondun 2025-ci il üzrə illik hesabatına istinadən xəbər verir ki, bu məbləğin 198,4 milyard dolları və ya 91,3%-i neft-qaz sazişlərindən əldə olunub.
İnvestisiya fəaliyyətindən əldə edilən gəlirlər isə 18,9 milyard dollar və ya ümumi gəlirlərin 8,7%-i səviyyəsində olub.
Bu göstəricilər Fondun yarandığı tarixdən 2025-ci ilin sonunadək büdcə gəlirlərinin strukturunda neft-qaz sektorunun əsas paya malik olduğunu göstərir.
Bununla yanaşı, təkcə 2025-ci ildə investisiya gəlirlərinin ümumi büdcə gəlirlərində payı 40,2%-ə çatıb.
Yarandığı tarixdən dövlət büdcəsinə 141,1 milyard dollar köçürülüb
Hesabatda bildirilir ki, Dövlət Neft Fondu yarandığı tarixdən 2025-ci ilin sonunadək dövlət büdcəsinə ümumilikdə 141,1 milyard ABŞ dolları transfert edib.
Bu məbləğ Fondun həmin dövr üzrə ümumi büdcə xərclərinin 91,9%-ni təşkil edib.
Eyni dövrdə müxtəlif layihələrin maliyyələşdirilməsinə 11,9 milyard dollar (7,8%), Fondun əməliyyat xərclərinə isə təxminən 0,5 milyard dollar (0,3%) sərf olunub.
Beləliklə, Dövlət Neft Fondunun yarandığı tarixdən bəri xərclərinin böyük əksəriyyəti dövlət büdcəsinə köçürmələrdən ibarət olub.