Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu rəqəm ötən il 207 milyard dolları ötüb Dünən Azərbaycan Respublikası Dövlət Neft Fondunun inzibati binasında “ARDNF-in media dialoqu: 2024-cü ilin investisiya yekunları və 2025-ci ilin perspektivləri” mövzusunda müzakirə formatında tədbir keçirilib.
Dövlət Neft Fondunun risklərin idarə edilməsi departamentinin direktoru Vadim Pşeniçnıy bildirib ki, yarandığı tarixdən ötən ilin sonlarına qədər fondun xərcləri 147,3 milyard dollar, toplam gəlirlər isə 207,3 milyard dollar təşkil edib.
Diqqətə çatdırılıb ki, ötən müddətdə fondun neft-qaz sazişlərindən gəlirləri 192,4 milyard dollar, investisiya gəlirləri isə 14,9 milyard dollar olub.
Bununla yanaşı, hesabat dövründə fondun dövlət büdcəsinə transfertləri 132,6 milyard dollar, layihələrin maliyyələşdirilməsinə 11,9 milyard dollar, büdcədənkənar xərcləri 2,3 milyard dollar, əməliyyat xərcləri isə 0,47 milyard dolları təşkil edib.
ARDNF-nin investisiya departamentinin direktoru Fərhad Zeynalov deyib ki, fondun investisiya portfeli yaradıldığı vaxtdan 2024-cü il dekabrın 31-dək daşınmaz əmlak üzrə orta illik gəlirliliyi 2,9 faiz, ümumi qazancı isə 1 milyard ABŞ dolları təşkil edib.
Hazırda Neft Fondunun daşınmaz əmlaka yatırdığı investisiyaların dəyərinin 3,5 milyard dollar, ümumi portfeldəki payının isə 5,9 faiz təşkil etdiyini diqqətə çatdıran departament direktorunun sözlərinə görə, ümumilikdə, investisiya portfelinin region və sektorlar üzrə bölgüsünün qlobal daşınmaz əmlak indeksinə uyğun aparılması planlaşdırılır.
Risklərin idarə edilməsi departamentinin aktivlərin bölgüsü, risk və gəli̇rli̇li̇yi̇ şöbəsi̇nin müdiri Toğrul Rəhimbəyli diqqətə çatdırıb ki, fond 2015-2024-cü illərdə maliyyə aktivlərinin idarə edilməsindən 7,2 milyard dollar ümumi gəlir əldə edib.